Ernando Armelindo Pivetu koronavirus diaqnozu ilə aprelin 6-da xəstəxanaya yerləşdirilib. Əvvəlcə kişi evdə müalicə alıb, lakin mütəmadi davam edən öskürəklərlə əlaqədar xəstəxanaya intensiv terapiya şöbəsinə yerləşdirilməsi ilə bağlı qərara gəlinib.
Səkkiz gündən sonra veteran xəstəxanadan evə buraxılıb. Hazırda o, testin cavabını gözləyir, ancaq həkimlər təqaüdçünün sağaldığına tam əmindirlər.
Son məlumatlara görə, Braziliyada koronavirusa yoluxanların sayı 25 684 nəfərə çatıb, 1 552 nəfər xəstəlikdən vəfat edib.