Koronavirus keçirən və nəticədə antikorları olan şəxs böyük ehtimalla bir daha sözügedən xəstəliyə yoluxmur.
Medicina.az xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok NEWS.ru saytına danışıb. Onun sözlərinə görə, təkrarlanan xəstəlik halları kütləvi deyil - bunun olma ehtimalı təxminən 0,01%-dir.
Mütəxəssis bildirib ki, COVID-19 virusundan formalaşmış immunitet yoluxan xəstələrlə daimi təmasın müddətini uzadacaq:
“Xəstələrdə immunitet koronavirusla davamlı təmasda olduğu üçün meydana gəlir. Bir insan mütəmadi olaraq COVID-19 daşıyıcıları ilə qarşılaşırsa, orqanizmi infeksiyanın yaxınlıqda - ətraf mühitdə olduğunu başa düşür və buna görə reaksiya verir”.
Ancaq koronavirusa qarşı immunitet peyvəndlər etdirən şəxslərdə sağalmışlardan daha uzun müddət davam edəcək.