Koronavirus pandemiyasının ilk dalğasını geridə qoyan Avropa ölkələri ikinci dalğaya hazırlaşır. Mütəxəssislər qitədə pandemiyanın yenidən sürət qazanmasına səbəb olan siyasət və mövqelər arasında ictimai sğalmlıq ilə qərarların yumşaldılması, turizm, iş yerlərinə qayıdış və gənc əhali təbəqəsinin təmkinsiz davranışları kimi vəziyyətlərin olduğunu açıqlayır.
Medicina.az xəbər verir ki, Avropa Xəstəliyə Nəzarət və Prfilaktika Mərkəzinə görə, bu həftə Avropa İttifaqı və İngiltərədə gündəlik yoluxma sayları 14 günlük bildiriş prosesində 45 mini keçərək yeni rekord qırıb. Avropada virusdan ölüm faizi 72 gündür sabit qalsa da, Bolqarıstan, Xorvatiya, Malta, Rumıniya və İspaniyada ölüm sayları artır.
Qitədə yoluxma sayındakı dalğalanma yay tətili mövsümü ilə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı artımın qismən tədbirlərin yumşalmasına və insanların tədbirləri əldən verməsinə bağlı ola biləcəyini bildirir. Qeyd edilir ki, dəlillər ikinci dalğaya səbəbin gənclər olduğunu göstərir.
ÜST-ün Avropa direktoru Hans Kluqe qitədə sentyabr ayının ilk həftəsində daha irəli yaş qruplarında (50-79 yaş arası) artımın olduğunu, ən böyük yoluxma faizinin isə 25-49 yaş qrupunda qeydə alındığını açıqlayıb.