Sankt –Peterburq Texniki universitetinin alimləri koronavirusun ikinci dalğasının yayılması və pik dövrünün riyazi modelini hazırlayıblar.
Medicina.az xəbər verir ki, ikinci dalğa iyun-iyuldakı pik yoluxmadan heç də geri qalmayacaq.
“Bizim modelimizdə 10 ssenari əsas götürülüb. Orta statistik göstəricilərə görə, Sankt –Peterburqda ikinci dalğa öz pik həddinə yeni il ərəfəsi, dekabrın 12-15- arasında çatacaq. Bu dövrə kimi bizdə 15 min xəstə olacağı gözlənilir. Bu iyunda olandan çoxdur. Artıq Piterdə birinci dalğadakı pikin rekordu təzələnib. Oktyabrda 11.117 min aktiv xəstə var” – deyə layihənin rəhbəri Borovko deyib.
Rusiyada virusun ikinci dalğasında birinci dalğanın göstəriciləri rekord səviyyədə üstələnib. Belə ki, cəmi 1 həftə ərzində 48 min yeni yoluxma qeydə alınıb ki, iyulda bu rəqəm 33 min idi.