Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İkinci dalğa sunami kimi idi, üçüncü isə... - Professordan açıqlama

  • 2021.03.18 17:38
  • 1876 Baxış
İkinci dalğa sunami kimi idi, üçüncü isə... -  Professordan açıqlama
Türkiyəli professor-həkim Sait Gönen bütün dünyada üçüncü dalğanın başladığını bildirib.

Medicina.az xəbər verir ki, professor ilk iki dalğa ilə üçüncünün fərqli olduğunu vurğulayıb: “Hazırda xəstəlik haqqında daha çox məlumatlarımız var. İlk dalğayla müqayisədə sentyabr-noyabr aylarında yaşadığımız ikinci dalğa sunami kimi gəldi. Birinci dalğadakından çox yoluxma sayı oldu. Xəstələrin çoxu xəstəxanada müalicə almadan evə göndərildi. Sadəcə vəziyyəti ağır olanlar xəstəxanada qaldı. Həmin zaman reanimasiya tamamən dolu idi. İndi üçüncü dalğa başlamış ola bilər. Amma mən ilk iki dalğa qədər şiddətli bir dövr gözləmirəm. Çünki risk qrupundakı bir çox insanın vansin olunması bir avantajdır. Həmçinin, qarşıdan yaz fəsli gəlir, açıq havada daha çox zaman keçiriləcək. Hazırda vaksinasiyaya başlanılmasına baxmayaraq, Avropa ölkələrində statistikada ciddi bir yüksəlmə var. Unutmamalıyıq ki, hər şey bizim qaydalara riayət etməyimizdən asılıdır”.