Bədənin endokrin sisteminin normal işləməsi qalxanabənzər vəzin işindən birbaşa asılıdır. Orqanizm yod ilə kifayət qədər təmin olunduqda bu vəzin fəaliyyətində heç bir problem yaranmır. Lakin yod çatışmazlığı zamanı qalxanabənzər vəz böyüyür, insan özünü xroniki yorğun hiss edir, hormonal balans pozulur.
Qalxanabənzər vəzin işinin normallaşması üçün tərkibində yod olan məhsullardan - dəniz yosunları, dəniz balıqları, üzüm, alma, turşəng, qulançar, soğan çox istifadə etmək lazımdır. Əsasən də uşaqların və hamilə qadınların orqanizmi yoda daha çox tələb duyur.
Qırmızı soğanın tərkibində də çox miqdarda yol elementi mövcuddur.
Medicina.az sizə qırmızı soğandan hazırlanan kompress vasitəsilə qalxanabənzər vəzin xəstəliklərindən qurtulmaq üsullarını təqdim edir:
Tələb olunan:
•500 qr qırmızı soğan
•Steril tənzif və ya bint
Hazırlanması və istifadəsi:
1.Soğanı blenderdə və ya ətçəkən maşında xırdalayın.
2.Əmələ gələn sıyığabənzər kütləni tənzifə qoyun və boğazınızın üzərində 2 saat saxlayın.
3.Kompressin üzərinə kağız və ya sellofan örtün. Daha sonra boğazınızı isti şərflə bağlayın.
Bu cür kompressi 1 ay ərzində həftədə 2 dəfə etmək lazımdır. Bu yolla qalxanabənzər vəzinizi tamamilə sağaldaraq 1 il boyunca qoruyacaqsınız.
Arzu
Medicina.az