Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 300 min nəfərdən birində rast gəlinən nadir xəstəlik/ FOTO“İki üzlü uşaq”

  • 2018.11.30 12:13
  • 16476 Baxış
 - 300 min nəfərdən birində rast gəlinən nadir xəstəlik/ FOTO “İki üzlü uşaq”
8 Yaşlı Kanqa Kanqada nadir rastlanan inkişaf qüsuru var. O dərin üz yarığı ilə doğulduğuna görə "iki üzlü uşaq” da adlandırılır. Baxdıqda belə bir təssürrat yaranır ki, uşaq üzünə maska geyinib. 


Medicina.az xəbər verir ki, bu xəstəliyə 300 min nəfərdən birində təsadüf olunur və bir çox digər anadangəlmə qüsurlarla müşayiət edilir. 


Uşağın anası Liansi bildirir ki, o oğlunu 23 yaşında həyata gətirib.  Hamiləliyi zamanı dəflərlə USM müayinəsindən keçməsinə baxmayaraq problemi vaxtında aşkarlamaq mümkün olmayıb. 


Doğuş qəbul edən həkimlər uşağın görünüşündən qorxaraq onu anasına göstərməkdən imtina ediblər. Qohumları valideynləri uşaqdan imtina etməyə çağırsalar da, onlar bu addımı atmayıblar. 


İctimaiyyət "iki üzlü uşaq”la 2010-cu ildə tanış olub. Elə həmin ildə də uşağın üzünü bərpa etmək üçün bir neçə cərrahi əməliyyata pul yığılıb. İlk iki əməliyyat 2010-cu ildə uğurla həyata keçirilib. Amma növbəti əməliyyatlar üçün həkimlər üz sümüklərinin normal inkişaf etməsinə əmin olmalıdırlar. Buna isə ən az 10 vaxt tələb olunur.