Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki-üç işdə çalışmaq insanda infarkt və insult yarada bilər

  • 2022.10.03 16:44
  • 1515 Baxış
İki-üç işdə çalışmaq  insanda infarkt və insult   yarada bilər


Bir çox insanların əlavə qazanc və dolanışıq məqsədilə ikinci əlavə iş seçməsi, ikinci növbə də işləməsi onların səhhətinə neqativ təsir edir.


"Medicina" xəbər verir ki, terapevt Lyudmila Lapa xüsusən gənclərin istirahətsiz iş rejiminin dəhşətli fəsadlarından danışıb.

"İnsan 12-16 saat və 2 növbə işlədikdə xroniki yorğunluq sindromu yaranır. Bu ayrıca bir xəstəlikdir. Orqanizm işdən yorulanda immun sistem çökür, baş ağrıları, ürək problemi, damar problemi, təzyiq başlayır.

Bütün infarkt və insultlar da burdan qaynaqlanır. İnsan lazım olduğundan işlədikdə ömrü qısalır.

Normal iş saatı sutkada 8 saatdır. Hazırkı stress dövrü üçün bu hətta 6 saat olmalıdır.

İnsan 24 saatını 3 hissəyə bölməlidir. 8 saat iş, 8 saat istirahət, 8 saat yuxu. Biz günümüzü düzgün paylaşdırdıqda orqanizm dincəlir, səhər enerjili olur, işdən yorulmur, ürək, beyin xəstələnmir.

Kişilər çox qazanmaq və ya artıq pul üçün sağlamlıqlarını təhlükə altına alaraq gecə növbəsi də iş götürür. Bu onların infarkt və insultdan erkən ölümünə səbəb ola bilər.

Daimi stress və yuxusuzluq 2 işdə çalışanların normasıdır.

Çalışın bir işdə işləyib, normal qazanc əldə edəsiz. Qazanc sizi qane etmirsə, əlavə nəsə axtarmaq əvəzinə sahənizi, işinizi dəyişin".


Aygün Musayeva