Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İki doğuş arasındakı fasilə 2 ildən az olmamalıdır”- Baş mama ginekoloqdan XƏBƏRDARLIQ

  • 2021.05.05 15:39
  • 3434 Baxış
“İki doğuş arasındakı fasilə 2 ildən az olmamalıdır” - Baş mama ginekoloqdan XƏBƏRDARLIQ

Keysəriyyə əməliyyatından sonra növbəti hamiləlik ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa onun durumundan asılı olan bir zamandır.


Medicina.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova verib.

"Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir daha da ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfində müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən daha ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir.

Hətta doğuşdan sonrada zahılığın 42 günü ərzində qadına nəzarət həkim mama-ginekoloq tərəfindən aparılır. Bu səbəbdən həkim mama-ginekoloqun hər bir qadının həyatında oynadığı rol danılmazdır. Ümumi hər iki doğuş arasındakı zaman 2 ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər". /oxu.az/