Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət – “Xəstə anamızı bizə qaytarın” - VİDEO

  • 2019.07.23 10:55
  • 17486 Baxış
İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət  – “Xəstə anamızı bizə qaytarın” - VİDEO
Sosial şəbəkələrdə iki azyaşlı qızın ürəkdağlayan videomüraciəti yayılıb. Medicina.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən ananları üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət ediblər. "T hüceyrəli Kəskin Leykoz” xəstəliyindən əziyyət çəkən analarının yaşaması üçün təcili sümük iliyi əməliyyatı tələb olunduğunu, lakin maddi imkanlarının  çatmadığını bildiriblər. Uzun müddətdir uşaqlarından ayrı qalan ana isə hazırda İstanbulda "Acı Badem Altunzade” xəstəxanasında ölümlə mübarizə aparır. Məlumata görə, "T hüceyrəli Kəskin Leykoz” xəstəliyində əziyyət çəkən Məmmədova Samirə Nürəddin qızı Kəlbəcər rayonundan məcburi köçkündür.
İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət  – “Xəstə anamızı bizə qaytarın” - VİDEO
İki azyaşlı bacıdan Mehriban Əliyevaya müraciət  – “Xəstə anamızı bizə qaytarın” - VİDEO