Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki aylıq körpə əməliyyat edilərək həyata qaytarılıb

  • 2019.08.15 09:52
  • 7907 Baxış
İki aylıq körpə əməliyyat edilərək həyata qaytarılıb
Urosepsis sidik yolu infeksiyalarının müalicə edilməməsi və inkişafı səbəbindən yaranan xəstəlikdir. Xəstəlik böyük təhlükə yaratdığına görə erkən müdaxilə və müalicə çox əhəmiyyətlidir. Müalicə edilməməsi isə ağır sepsis, septik şok, poliorqan çatışmazlığı, hətta ölümlə nəticələnə bilər. İki aylıq körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə urosepsis diaqnozu ilə qəbul edilib və onun üzərində mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub. Mərkəzdən Medicina.az-a verilən məlumata görə, əməliyyat urologiya və transplantologiya sahəsində cərrah-uroloq, tibb elmləri namizədi Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib. Həkimlər təcili reanimasiya tədbirləri nəticəsində intensiv müalicə apararaq sonra sidik axarlarında mürəkkəb rekonstruktiv əməliyyat icra ediblər. Onların səyi ilə əməliyyat uğurla keçib və körpənin həyatı xilas edilib.