Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki ay ərzində bu qidaları yeyənlərdə xəstəliklərdən əsər-əlamət qalmır

  • 2024.03.18 11:11
  • 808 Baxış
İki ay ərzində bu qidaları yeyənlərdə  xəstəliklərdən əsər-əlamət qalmır
Xəstəliklərin qarşısını almağın ən əsas üsullarından biri sağlam qidalanmaqdır. Alimlər dövrün ən qorxulu xəstəliyi olan xərçəngin belə qarşısını bu yolla almağın mümkün olduğunu bildirirlər.

Qeyd olunur ki, burada əsas məsələlərdən biri də faydalı qidaların mütəmadi olaraq, ən az 2 ay müddətində hər gün istehlak edilməsidir.

Medicina.az orqanizmi ən təhlükəli xəstəliklərdən belə qorumağa qadir olan qidaları təqdim edir:

Yaşıl çay

“Katexin” adlı mühüm komponenti ehtiva edən yaşıl çay xərçəngə səbəb olan nizamsız hüceyrə artımının qarşısını alır. Gündə 1 stəkan yaşıl çay içməyin bir çox xərçəng növünə qarşı qorunma təmin etdiyi elmi şəkildə sübut edilib.

Kətan toxumu

Omeqa-3 yağ turşuları ilə zəngin olan kətan toxumunun tərkibində “liqnan”lar da var. Bu xüsusiyyəti sayəsində antikanserogen təsirə malikdir.

Tərə


Tərə antioksidantlarla zəngindir. Tədqiqatlar göstərib ki, iki ay tərə istehlak edən insanlar xərçəngə tutulmaq risklərini əhəmiyyətli dərəcədə azaltmış olurlar. Tərə əsasən xərçəng və şişlərin əmələ gəlməsinin qarşısını alır.

Kokos yağı

Kokos yağı xərçəng hüceyrələrinin böyüməsinə mane olur.

Zəncəfil

İmmunitetin gücləndirilməsində ən təsirli qidalardan biri olan zəncəfil iltihab əleyhinə xüsusiyyətləri sayəsində xərçəng hüceyrələrinin böyüməsini dayandırır və onların orqanizmdən atılmasını təmin edir.

Sarımsaq

Tərkibindəki komponentlər sayəsində bədəndəki iltihabi xəstəlikləri aradan qaldıran sarımsaq xərçəngə qarşı qoruyucu təsiri ilə də tanınır. Gündə 1 diş sarımsaq istehlakı immuniteti gücləndirməklə yanaşı, orqanizmdə şiş əmələ gəlməsinin də qarşısını alır.

Pomidor

Likopenlə zəngin olan pomidor güclü antioksidantdır. Pomidor xərçəng riskini azaltmağa kömək edir, həmçinin DNT zədələnməsinin qarşısını alır.

Brokkoli

Tərkibində “sulforafan” olan brokkoli antikanserogendir. Orqanizmdə xərçəngə meyilli hüceyrələrin böyüməsini dayandırır.


Aysel