Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İftardan sonra saqqız çeynəyin - Faydaları

  • 2025.03.19 09:00
  • 235 Baxış
İftardan sonra saqqız çeynəyin -  Faydaları

Gününü orucla keçirənlər iftardan sonra şişkinlik, həzmsizlik kimi problemlər yaşaya bilərlər. Baxın, görün bu halda saqqız nə edir...

Medicina.az xəbər verir ki, təxminən 14-15 saatlıq Ramazan orucundan sonra iftar edənlər yeməkdən sonra özlərini narahat hiss edə bilərlər.

Qısa müddətdə mədəyə düşən qidalar ani şişkinliyə səbəb ola bilər.

Həm də həzmsizlik və qəbizlik yaradır.

Bu vəziyyətdən narahat olan və mədəsini yüngülləşdirmək istəyənlər üçün mütəxəssis tövsiyələri var. Onlardan biri də saqqız çeynəməkdir.



Saqqız çeynəmək mədəyə həzm prosesinin başlaması üçün siqnal verir. Bu, daha asan həzm etməyə kömək edə bilər.

İftardan sonra saqqız çeynəmək reflü şikayətlərini aradan qaldırar.

Saqqız çeynəmək beyinə daha çox qan axını təmin edər. Bu, iftardan sonra yaranan narahatlığı azaldar.



Həmçinin, oruc tutma səbəbiylə gün ərzində susuz qalan ağızda quruluq yarana bilər. Saqqız, tüpürcək ifrazını artıraraq bu quruluğu aradan qaldıra bilər.

Aygün
Medicina.az