Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İftarda çox su içmək yemək yemənizi əngəlləyər

  • 2021.04.16 10:56
  • 1671 Baxış
İftarda çox su içmək yemək yemənizi əngəlləyər
Çox susamış olsanız belə iftara başlamazdan əvvəl 1 stəkan su için. Bu iftarda yetərincə yemək yeməyinizi əngəlləyər.

Medicina.az xəbər verir ki, aparılan bir çox araşdırmalara görə, uzun aclıq müddəti orqanizmi zəiflətmir, əksinə bədənimizi gücləndirir.

İmmun sistemimizin 80 faizi bağırsaqlardadır. Yəni əvvəlcə bağırsaqlarımızı gücləndirməliyik. Bunun üçün ritmik qidalanma modeli lazımdır. Əslində Ramazan ayı ritmi sağlamaq üçün əla bir dönəmdir. Bu ayda düzgün qidalanma isə çox önəmlidir.
Orucunuzu xurma, zeytun və qozla açsanız, həzm sisteminizin bütün günü dincəldikdən sonra yavaş-yavaş özünə gəlir və yeni yeməkləri qarşılamağa hazırlanar.

Çox su içmək iftarda yetərincə yemək yeməyinizi əngəlləyər. Beləlikcə iftardan sonra 1-2 saat içərisində təkrar acmağa başlayırsınız. Hətta mütəxəssislər iftarda ana yeməkdən başlayıb, ən son şorbanızı içməyi məsləhət edirlər. Beləliklə daha yaxşı doyub imsaka qədər bir şey yemə ehtiyacınız qalmaz.