Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İfşa edilən həkimlər səni yaxşı müalicə etmədilər, vəziyyəti gizlətdilər"- Xalq artisti Rafael Dadaşoun ölüm səbəbi barədə

  • 2020.04.25 15:18
  • 3001 Baxış
"İfşa edilən həkimlər səni yaxşı müalicə etmədilər, vəziyyəti gizlətdilər" - Xalq artisti Rafael Dadaşoun ölüm səbəbi barədə




Xalq artisti Brilliant Dadaşova mərhum əmisioğlu, aktyor Rafael Dadaşovun vəfatlndan ötən 40 gün münasibətilə bağlı açıqlamasında onun ölüm səbəbi barədə bəzi məqamların üstünü açıb.


Medicina.az xəbər verir ki, Dadaşova aktyorun yaxşı və düzgün müalicə olunmadığını bldirib.

"Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadımp. Ümumiyyətlə, məni xəbərdar etmədilər, heç məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə, öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.

Türkiyədən qayıdıb Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki 2 ay.

Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".