İflic xəstəsi qadın ozon müalicəsi ilə yenidən yeriməyə başlayıb.
Medicina.az xəbər verir ki, 8 ay öncə iflic olan Keziban İlman adlı qadın xəstəxanaya müraciət edib. Müayinədən sonra ona ozonoterapiya tətbiq edilməyə başlanılıb.
Həkim bildirib ki, xəstə müayinəyə gələnə qədər 3 dəfə iflic keçirib. Beynin böyük bir hissəsini bəsləyən damar tıxandığı üçün 78 yaşlı qadın yataq xəstəsi olub.
Onun sözlərinə görə xəstəyə ozon terapiyası ilə yanaşı hicama müalicəsi tətbiq edilir. 3 aylıq ozon müalicəsindən sonra xəstədə xeyli irəliləyiş olub və artıq o ayağa qalxa bilir. O yatağında otura, qalxıb bir az yeriyə və öz ehtiyaclarını özü qarşılamağa nail olub.
Ailəsi qadının iflic olduqdan sonra 4 ay fizioterapiya aldığını, lakin elə bir ciddi irəliləyiş olmadığını bildirib.