Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İdman zallarında təhlükəli - Özünüzdən xəbərsiz yayıla bilərVİRUSLAR

  • 2017.09.16 16:02
  • 22142 Baxış
İdman zallarında təhlükəli   - Özünüzdən xəbərsiz yayıla bilər VİRUSLAR
Amerika İdman Trenerleri Assosiasiyası idmançılar arasında dəri infeksiya xəstəliklərinin daha çox yayıldığını, bunun isə əsas səbəbi kimi zalların olduğunu göstərib.


Medicina.az xəbər verir ki, asossiasiyanın açıqlamasına görə, idman zallarındakı avadanlıqlar gigiyena tələblərinə cavab vermir.


"Gigiyenaya riayət etmək hamının ağlına gəlmir. Siz özünüzü və avadanlığı ideal təmizlikdə saxlamalısız. Zalda sən bilmirsən ki, səndən öncə trenajordan kim istifadə edib”, - deyə açıqlamada qeyd olunub.


İdman zallarında asanlıqla yayıla bilən infeksiyalar bunlar ola bilər:


Kandida göbələyi


Bu virus daha çox nəm, rütubətli yerlərdə yayılır. 


Ona görə, sauna, geyinib-soyunma otaqları və duş kabinələrində ehtiyatlı olun.


Başqasının dəsmalına toxunmayın. 


Kandida göbələyinin əlamətləri: dərinin üst səthini qırmızı üzükvari halqa kimi örtür. Qaşınma verir, dəridə səpkilər yaranır. Kandida göbələyi yoluxan insanı narahat etmədən yayılır. Bu virus bədənin istənilən nayihəsində ola bilər. 


Ayaq və dırnaq göbələyi


İdman zalında, soyunma otağında, duşda ayaqyalın olmaq olmaz. Şəxsi ayaqqabınızı, yaxud da başmağınızı geyinin. Zallardakı başmaqlardan istifadə etmək qətiyyən olmaz.


Yoqa xalçası da göbələk mənbəyi ola bilər.


Ümumiyyətlə, belə yerlər hər gün dezinfeksiya olunmalıdır. Profilaktika məqsədilə idmandan öncə xüsusi mazlar çəkə bilərsiniz. Yaxşı olar ki, zalın dəsmallarından (təmiz olsa belə) istifadə etməyəsiniz. Hər gün özünüzlə təmiz dəsmal aparmağınız məsləhətdir.


Papilloma virusu


Bu virusun 100 növü var, 12 növü çox ağırdır və xərçəngə kimi gətirib çıxarır. Birbaşa dəriyə digər viruslu dərinin toxunması nəticəsində keçə bilər.


Klebsiella


Bağırsaq bakteriyasıdır, təmas, toxunma və məişət əşyaları vasitəsilə keçir. Bağırsaq pozulması ilə xarakterizə olunur. Qantellərdə, trenajor alətlərində, kranda, boks əlcəyində - hər bir əşyada ola bilir. İmmuniteti zəif adamlara tez yoluxur. Klebsiella sidik kisəsi və bəzən qanı da yoluxdurur.


Bağırsaq çöpləri


Çirkli əllər, dırnaqlar və qida ilə keçir. Məşq xalçası, trenajor, qapı tutacaqlarında yaşayır. Ürəkbulanma, diareya, pnevmoniyaya kimi gətirib çıxarır. İdman zalından çıxanda əlləri yaxşı dezinfeksiya etmədən yeməyə toxunmayın. 


Fitnes klublarda, zallarda,  üzgüçülükdə şəxsi gigiyena qaydalarına maksimum riayət edin və digərlərini də məlumatlandırın. 

 

Aygün