Fizioloqlar yaşlı insanların idman məşqi etməsinin ömrü uzatdığını sübut edib.
"Medicina" xəbər verir ki, Kopenhagen universitetinin alimləri güc məşqlərinin əzələ və sinirlər arasında rabitəni və siqnalı artırdığını bildirib.
Tədqiqatda 38 nəfər 60-70 yaşlı kişi iştirak edib
İnsanlar 45 yaşdan sonra əzələ kütləsini sürətlə itirməyə başlayır.
Əzələ liflərinin qismən dağııması onurğa beynində hərəkət neyronlarının azalması və dağılması səbəbindən baş verir.
Bu prosesi heç bir yolla saxlamaq olmaz, amma onu kifayət qədər yubatmaq olar.
38 yaşlı kişi 16 həftəlik intensiv məşq kursu keçib.
Onlar ayaq, bel, kürək jim hərəkətləri və ağırlıq qaldırma ediblər.
Digər 20 nəfərlik qrup isə heç bir məşq etməyib.
Məşqlər həftədə 3 dəfə olub. Alimlər kursun ortası və sonunda iştikarçıların əzələsinsən biopsiya götürərək, biomarkerlərin artımını müşahidə edib.
Məlum olub ki, məşq edənlərdə biomakerlərin ölçüsü artıb, bu isə onurğadan əzələlərə sinir ötürülməsinin aktivliyi deməkdir.
Ona görə də alimlər 65, 70 yaşda belə fiziki məşq və idman etməyin gec olmadığını bildirib.
Aygün Musayeva