Idman, fiziki məşq və qaçışdan öncə və sonra energetik içki içmək ölümvül tromboz yarada bilər.
"Medicina" xəbər verir ki, kardioloq Oleq Varfolomeyev kofeinli içkilərin intensizv məşq edən gənclərə təsirini açıqlayıb.
"Məşqdən öncə istənilən belə içkilər insanın qan laxtalanmasını dəyişir. Kofein enerji və diqqəti artırdığı üçün çox idmançılar, məşq edənlər qəbul edir. Amma bu elə hərəkət zamanı qanda, damarda
xoşagəlməz dəyişikliklər yarada bilir. Koaqulyasiya pozulduqda, tromb əmələ gəlir.
Bir belə içki məşqdən sonra qəfil infarkt və insultla nəticələnə bilər".
Alimlər 25 yaşa qədər 48 gənc kişi üzərində içkinin qana təsirini araşdırıb.
Onlardan bir qrupuna məşqdən öncə plasebo verilib, digər qrupa isə kofeinli energetik içki. Daha sonra onlar velotrenajorda 1 saat məşq ediblər.
Məşqdən sonra qan analizləri aparılıb.
Kofeinli içkidən sonra qanın laxtalanma dərəcəsi öncəkindən daha yuxarı olub. Bu da tromboz, ani ölüm riskini artırır.
Aygün Musayeva