Alimlər idmanın ALS ilə mübarizədə kritik əhəmiyyət kəsb etdiyini ortaya çıxarıblar.
Medicina.az xəbər verir ki, bu barədə dünyanın aparıcı tibb jurnallarından biri olan “Neurology”də dərc edilən araşdırmada deyilir.
Bildirilir ki, orta və intensiv idman kişilər üçün ölümcül xəstəlik olan ALS riskini azaldır.
Araşdırma çərçivəsində 27 il ərzində 373 min 696 norveçlinin tibbi məlumatları araşdırılıb. Alimlərin müşahidəsi dövründə 504 ALS hadisəsi baş verib.
Mütəxəssislər orta dərəcədə fiziki fəaliyyətlə məşğul olan kişi iştirakçıların ALS riskinin 29 faiz daha az olduğunu aşkar ediblər.
Yüksək fiziki fəaliyyətlə məşğul olanlarda bu göstəricinin 41 faiz olduğu bildirilib.
Maraqlıdır ki, idmanın qadınların üzərində belə bir təsiri olmadığı müşahidə edilib.
Alimlər onu da qeyd ediblər ki, həddən artıq və balanssız idman əks təsir göstərərək ALS riskini artıra da bilər.
Tədqiqatçılar etiraf edirlər ki, fiziki fəaliyyət səviyyələri, fitness və ALS riski ilə bağlı ziddiyyətli tapıntılar var.
Buna baxmayaraq, kişilər üçün daha aktiv həyat tərzi yaşamağın ALS riskinin azalması ilə əlaqələndirilə biləcəyi qeyd edilib.
Aysel