İctimai tualetlərdə və kafelərdə ehtiyatlı olun – Koronavirusun yeni yoluxma yolları açıqlandı
Koronavirus təkcə hava-damcı yolu ilə yox, fekal-oral yolla, yəni nəcisdən, tualetdə səthlərə dəyən kirli əllərdən və sudan da keçə bilər.
Medicina.az xəbər verir ki, ÜST ev və tualetin təmiz saxlanması, eləcə də ictimai tualetlərdən istifadədə diqqətli olmağı, belə yerlərdən çıxdıqdan sonra əlləri yuyub, sonra dezinfeksiya etməyi tövsiyə edir.
Gadjetlər, yəni telefon, kompüter, planşetlər silinməli, kafelərdə, küçələrdə qidalanan zaman qabların təmizliyinə fikir vermək, mümkün qədər belə yerlərdən çox istifadə etməmək lazımdır.
Sağlamlığınız naminə öz ölkənizdə, ölkənizdə isə öz evinizdə qalın