Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı

  • 2020.07.11 00:07
  • 3622 Baxış
İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Medicina.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.