Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu gün səhər saatlarında dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub.
O, 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!