Amerikanın ətraf mühitinin mühafizəsi işçi qrupu Kaliforniya içməli su təchizatı sistemində apardıqları araşdırmaların nəticəsində bəyan ediblər ki, suda xərçəng yaradan kanserogen maddələr var.
Medicina.az xəbər verir ki, bu maddələr 15.000 halda xərçəngə səbəb olur.
Suda təhlükəli maddələrə mışyak, altıvalentli xrom, uran, radium kimi radiaktiv elementlər aiddir. Ekspertlər etiraf edir ki, xərçəngi daha çox mışyak yaradır. Suya bu maddə sənaye tullantılarından keçir.
Alimlər hesablayıb ki, xərçəngin yaranması ehtimallarının 47%-i içməli suda mışyakın olması ilə bağlıdır. 16% isə altıvalentli xrom səbəbkardır.
Ona görə içməli suyun filtrasiyadan keçirilməsi və evlərdə güclü filtr sistemi qurulması vacibdir.
Qeyd edək ki, içmək üçün çiy su daha vacibdir, lakin o da zərərli maddələrdən təmizlənməlidir.