Alkoqol qəbulundan tam birdəfəlik imtina demensiya riskini artırır.
"Medicina" xəbər verir ki, nevroloq Aleksandra Alexina yeni elmi tədqiqatın nəticələri barədə danışıb.
"Alimlər çoxdandır cəmiyyətdə kök salmış içki zərərılidir, ondan imtina etmək lazımdır fikrinə əks olan nəticəyə gəlib.
Əlbəttə ki, araq, alkoqol sağlamlıq üçün zərərlidir. Amma ondan tam imtina beyin və əqli zəiflik riskini artırır.
Sübut olunub ki, gündə 40 qram alkoqol demensiya riskini 20% azaldır.
Hətta bir elmi araşdırma şərabın beyində iltihabı azaltdığını açıqlayıb.
Beyində iltihab varsa, o zülal zibilliyinin toplanmasına sənən olur, bu da 60 yaşdan sonra demensiya deməkdir.
Alimlər 15 elmi tədqiqatı incələyib. Onlar 24 min nəfərin sağlamlıq məlumatlarını təhlil edib.
Onlardan 2124 nəfərində demensiya inkişaf edib.
Müəyyən olunub ki, ömründə heç bir dəfə də içki içməyənlər və ya cavanlığında alkoqoldan birdəfəlik imtina edənlərdə demensiya daha çox yaranıb, nəinki normasında alkoqol içənlərdə.
Eləcə də içki içənlərin qəfildən və birdəfəlik içkidən imtina etməsi səhhətə ziyandır".
Aygün Musayeva