Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İçki içməzdən əvvəl təzyiqinizi ölçün - Xəbərdarlıq

  • 2022.08.18 14:36
  • 1844 Baxış
İçki içməzdən əvvəl təzyiqinizi ölçün  - Xəbərdarlıq


Alkoqollu içkilərin qəbulundan əvvəl təzyiqdən xəbərdar olmaq lazımdır.

Bakupost.az xəbər verir ki, həkim terapevt Tatyana Romanenko yüksək təzyiqdə içki içmək, siqaret çəkmək, hipotenziv preparatlar qəbul etməyin yolverilməz olduğunu deyib.

Təzyiq 150-dən yuxarıdırsa, içki masasına əyləşmək olmaz.

Yüksək təzyiq fonunda içilən spirtli içki damarların birdən -birə genişlənməsinə, sonra spazmına səbəb olur.

Eyni səbəblər siqaretə də aiddir.

"Bu vəziyyət olduqca təhlükəlidir. Ən pisi isə xəstənin hərəkətsizliyidir.

İçkidən sonra vəziyyətində azca dəyişiklik olarsa, dərhal təzyiqi salan dərmanı içməli və təcili yardım çağırılmalıdır. Burda vaxt itirmək olmaz".