Alkoqolizmi müalicə etmək üçün innovativ üsullardan istifadə olunur.
“Medicina” xəbər verir ki, Çinli bir pasiyent alkoqol asılılığından ayıqlıq çipi taxaraq müalicə etmək qərarına gəlib.
Fuyanqdakı Üçüncü Xalq Xəstəxanasının həkimləri ona ayıqlıq çipi - elektron cihaz deyil, dərman qranulları dəsti olan implant yerləşdiriblər. Həkimlər yerli anesteziyadan istifadə edərək xəstənin qarnının aşağı hissəsindəki dərialtı piy qatına tərkibində spirtə olan psixoloji həvəsi boğan naltrekson hidroxlorid olan 10 ədəd qranul implantasiya ediblər. Bu maddə bir neçə ay ərzində qranullardan tədricən ayrılacaq.
Bildirilir ki, 20 ildən artıqdır spirtli içkidən sui-istifadə edən və bu müddət ərzində müalicə üçün bir neçə dəfə xəstəxanaya yerləşdirilən 40 yaşlı kişiyə buy olla içkini azalda və ya içməyə bilər.
Alkoqol asılılığı müalicəsinin bu üsulu innovativ hesab edilir, lakin Çində artıq bir neçə şəhər xəstəxanalarında istifadə olunur. İmplant yerləşdirmə prosedurunun özü cəmi bir neçə dəqiqə çəkir.
Alkoqol asılılığının müalicəsinin ənənəvi üsulları onilliklər ərzində mövcuddur, lakin son illərdə terapiyanın effektivliyini artıran əsaslı yeni texnologiyalar ortaya çıxdı.
Bir qayda olaraq, onlar psixoterapevtik təcrübələrin və dərmanların istifadəsini nəzərdə tutur.
Xəstələrə aşağıdakı təsirləri olan dərmanlar təyin edilir:
Asetaldehidin (alkoqolun parçalanmasının zəhərli məhsulu) parçalanması prosesi bloklanır, buna görə də spirt içmək şiddətli narahatlığa (zəhərlənmə kimi) səbəb olur.
Alkoqol həssas reseptorlar bloklanır, buna görə də insan spirt içməkdən həzz almır.
Orqanizmdə qlutamat sistemi və GABA (qamma-aminobutirik turşu) balansı normallaşır ki, bu da alkoqol istəyini azaldır.
Bu terapiyanın dezavantajları daimi monitorinq tələb etməsi, bədənin mənfi reaksiyalarına səbəb ola bilməsi və hər kəsə kömək etməməsidir.
Aygün Musayeva