Valideyn alkoqolizmi uşaqlarda fast-food və şirniyyatlardan patoloji asılılıq riskini artırır.
“Medicina” xəbər verir ki, bu qənaətə Miçiqan Universitetinin (ABŞ) tədqiqatçıları gəliblər.
Dondurma, südlü şokolad, pizza, kartof qızartması və s. kimi rafinə edilmiş karbohidratlar bəzi insanlarda qida asılılığına səbəb ola bilər. Bu zaman insan özünə nəzarəti itirir, sağlamlığına zərərli olduğunu bilsə də, özünü məhdudlaşdıra bilmir.
Tədqiqatın müəllifləri 357 kişi və qadın haqqında məlumatları təhlil ediblər. Bütün iştirakçılar qida asılılığı, digər asılılıq növləri: siqaret, alkoqolizm, narkomaniya üzrə sınaqdan keçirilib, həmçinin ailə tarixçələri ilə bağlı sualları cavablandırıblar.
Toplanmış məlumatların təhlili göstərdi ki, piylənmədən əziyyət çəkən insanların qida asılılığı riski artmır.
Valideynləri alkoqolizmdən əziyyət çəkən insanlarda fast-food və şirniyyata patoloji aludəçilik müşahidə olunur.
Günay Quluzadə