Bu hər zaman bizə təzyiq göstərən ağır valideyn obrazının oxşarı olmur. Bəzən bu qəddarlıq öz-özlüyündən formalaşır.
Bir qadın bildirir ki, uşaqlıqda heç kəs onu səhvlərinə görə cəzalandırıb, qiymətlərinə görə danlamayıb. İçində yaranan bu idarəedici ideallıq həvəskarı olan obrazın yaranma səbəbini anlaya bilmir. Uşaqlıqdan səhv etməyə imkan verməyən mükəmməliyyətçilik sindromu sürəti dəyişməyərək indi də ideallıq axtarışındadır. Qadın bu ideallığı əldə etmək üçün var gücü ilə çalışır, sağlamlığın, vaxtın, münasibətlərin məhv edir.
Bəs bunun yaranma səbəbi nədir?
Axı valideynləri və müəllimləri bu qıza qəddarlıq və təzyiq göstərməyiblər?!
O zaman bunun səbəbini açıqlayım:
Valideynlər uşağı səhvlərinə, uğursuzluqlarına görə danlamaya bilərlər, lakin onun normal obrazına, adi halına sevinməyərək, uşağa saymazlıq edirlər.
Lakin bir uğurun gördükdə onunla fəxr edirlər, gülümsəyirlər, sevgilərin dilə gətirirlər, durmadan əldə etdiyi nəaliyyətlərdən bəhs edirlər.
Bu halda uşaq nə edir?
O hiss edir ki, valideynləri yalnız bunun uğuruna xoşbəxt olub, sevinirlər. Uğurlar və əla qiymətlər olmadıqda isə uşağı sevmirlər, ona gülümsəmirlər, heç nəyin fərqinə varmırlar, bir sözlə onu saymırlar.
Uşaq isə bu sevgini qazanmağa çalışaraq, özünü fəda edir, hər şeyi əldə etməyə çalışır, mükəmməl olmağa çabalayır. İçindəki səs ona "Biraz da çalış, daha çox əldə et, dayanma, mükəmməl biri ol yoxsa səni sevməyəcəklər...”
Beləliklə uşaqda mükəmməliyyətçilik sindromu, narsistlik, əldə edici obraz yaranır.
Bu problemin təməlində isə sevdiklərini itirmə qorxusu, təsdiq axtarışı, dəyərsizlik hissi, mükəmməliyi ilə bədbəxt anaya xoşbəxtlik bəxş etmə çabası yatır.
İçində yaranan bu obraz belə edərək onu qoruyur və qayğısına qalmağa çalışır. Öz-özlüyündən formalaşan bu qəddar diktator əslində bir müdafiyə mexanizmidir.
Ona görə də, övladlırınızı olduğu kimi qəbul edib, onlara sevginizi göstərin ki, gələcəkdə onlar da özlərini sevməyi bacarsınlar.
Aydan Sabirli
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Azadlıq filialının klinik psixoloqu