Alimlər müəyyən edib ki, müntəzəm olaraq qəhvə qəbulu ürək-damar sisteminin hüceyrələrini zədələnmədən qoruyur.
Medicina.az xəbər verir ki, Henrix Heyne adına Düsseldorf universitetinin mütəxəssisləri belə bir nəticəyə gəlib.
Araşdırmalar göstərib ki,qəhvə qəbulu nəticəsində insan orqanizmində ürək-qan damarlarının daxili divarlarını təşkil edən hüceyrələrin funksiyalarını yaxşılaşdıran proseslər işə düşür.
Alimlərin təbirincə, bu effektə insan dörd fincan qəhvə qəbulundan sonra nail ola bilər.