Ucarda 41 yaşlı kişi özünü tut ağacından asıb.
Medicina.az-ın məlumatına görə, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Samir Əliyev həyətindəki tut ağacından özünü asıb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Bildirilib ki, S. Əliyev içki aludəçisi olub.
Mərhumun 2 övladı var. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.