İçərişəhərdə fəaliyyət göstərən muzeylərin fəaliyyəti dayandırılıb.
Medicina.az xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQ İdarəsinin mətbuat xidməti məlumat yayıb.
COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart 2020-ci il tarixli bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil bütün muzeylərin fəaliyyəti 14 martdan müvəqqəti olaraq dayandırılır.