Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İçdiyiniz su qaraciyərə zərər verə bilər

  • 2023.05.26 18:39
  • 3961 Baxış
İçdiyiniz su qaraciyərə zərər verə bilər
Suyun bilmədiyiniz təhlükəli xüsusiyyətlərindən biri qaraciyərə birbaşa zərbə vurmasıdır.


“Medicina” xəbər verir ki, həkim – hepatoloq İqor Dominin sözlərinə görə, qaraciyər qanı süzür, onu toksinlərdən və zərərli maddələrdən təmizləyir. Bədən susuz olarsa, qan qatılaşır və qaraciyərin işi çox çətinləşir, bütün toksinləri zərərsizləşdirməyə gücü olmur.


“Nəticədə maddələr mübadiləsi də pozulur, yəni qidadan olan faydalı maddələr qana tam daxil olmur.

Qaraciyərin özünü sağaltmaq qabiliyyəti unikaldır. Ancaq xroniki susuzlaşma onun üçün çox zərərlidir. Buna görə yeməkdən yarım saat əvvəl ən azı bir stəkan isti su içmək çox tövsiyə olunur. Bu sadə üsul qaraciyəri hazırlamağa kömək edəcək.

Kişilər üçün gündə üç litr, qadınlar üçün iki litr su orta norma hesab olunur. Bədənin susuz qaldığını anlamaq həmişə mümkün deyil. Belə ki, aclıq hissi hətta yaxşı qidalanan insanda da baş verə bilər.

Susuzluğun ən bariz əlamətləri quru dəri, qaşınan gözlər, ürək yanması, tünd sidik, yorğunluq və ya zəiflikdir. Qaraciyərə lazım olan maye yalnız təmiz sudur”.

Aygün Musayeva