Hazırda təkcə ət və süd məhsulları yox, içməli və kran sularında da antibiotikə rast gəlinir.
"Medicina" xəbər verir ki, təəssüf iri müasir şəhərlərdə də su təminatı problemi qalır.
Son elmi tədqiqatlar göstərib ki, şəhər sularında hormon, antibiotiklərə rast gəlinir.
Bəs orqanizmimizi belə təsirdən necə qoruyaq?
Necə olur ki, sulara antibiotik qarışır.
Antibiotik mənbəyi qanunsuz zibilliklər, dərman və tibbi vasitələrin səhv utulizasiyası və ya birbaşa bu zibilliklərə atılması, nəticədə antibiotiklərin qrunt sularına keçərək onları çirkləndirməsidir.
Eləcə də kanalizasiya kollektorlarının sızaraq qrunt sularına qarışması.
Statistika göstərib ki, sularda daha çox bu dərman qalıqları olur:
- Aspirin
- Hormonal dərmanlar
- Kofein
- Antidepressantlar
- Ağrıkəsicilər
Hətta Avropanın müasir su təmizləmə qurğuları olan şəhərlərində də sularda preparat qalıqları tapılıb.
Ona görə də kran sularından orqanizmə istifadə zərərlidir.
Ən yaxşısı etibarlı mədən suları və butul sularından istifadə etməkdir.
Aygün Musayeva