Kran suyunda duz miqdarı normadan çox olduqda çay və xörəklərdə o sudan istifadə edənlərdə böyrəklərdə daş yarana bilər.
Bakupost.az xəbər verir ki, uzman uroloq Elnur Fərəcov içdiyimiz suda duzların normadan artıq olub-olmamasını ölçməyin metodunu
açıqlayıb.
Belə ki, solimetr adlı kiçik cihazla duzun miqdarını asanlıqla təyin etmək olur.
Həkim adi krandan gələn suda duzluluq səviyyəsini ölçdü: TDS 288 olduğunu göstərdi.
Daha sonra müqayisə üçün dispenser suyunu ölçdü. Burda isə cihaz 7-9 göstərdi. Normadan TDS norması 20-50-ə qədərdir. Ondan yuxarı böyrək daşı üçün zərərlidir.
İstifadə etdiyimiz su nə qədər çox duzludursa, böyrək və sidik yollarında daş yaranma riski o qədər yüksəkdir.
"Böyrək daşı xəstəliyi olanlara isə ümumiyyətlə tərkibində duz çox olan sular tövsiyə olunmur.
Onlar mütləq duzun səviyyəsini ölçməli, təmiz su sifariş etməli və ya filtrdən keçirilmiş su istifadə etməlidir.
Bu suyu çaydanda qaynadanda çaydanın içində necə ərp, kirəc əmələ gəlirsə, eyni proses orqanizmdə də gedir.
Duz miqdarı normadan nə qədər çoxdursa, çaydanda ərp bir o qədər çox yaranır.
Həmişə xəstələrə tövsiyə edirəm ki, evdə filtr quraşdırsınlar, hazırda belə filtrlər var.
Xüsusən böyrəyində təkrar daş əmələ gələnlər, əməliyyat olanlar içmmək, xörəklər və çay üçün daha təmiz su çeşidlərindən istifadə etsin.
Xəstələr mütləq çaydanlarına fikir versinlər. Əgər çaydanda qısa müddətdə qalın ərp əmələ gəlirsə, deməli, suyu yararsızdır.
Azərbaycanda çox insanlarda daş yaranmasına meyillilik var.
Daşın əmələ gəlməsinin qarşısını almaq bizim əsas məqsədimizdir. Çünki xəstənin əməliyyata, dializə, böyrək problemlərinin müalicəsinə daha çox vaxt və vəsait tələb olunur.
Ona görə də istifadə etdiyiniz suya diqqət yetirin. TDS səviyyəsi 50-dən yuxarı suyu çayda belə istifadə etməyin" - deyə həkim tövsiyə etdi.
Aygün M