Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq

  • 2019.02.14 15:44
  • 5998 Baxış
İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 


Medicina.az-n məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb. 


Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası barədə təkliflərini də altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.