“İcbari tibbi xidmətlər çərçivəsində cərrahi əməliyyatların icrası da nəzərdə tutulub”.
Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.
O bildirib ki, Xidmətlər Zərfi çərçivəsində kifayət qədər çox həyati vacib əməliyyatların icrası həyata keçiriləcək:
“Xidmətlər Zərfində ümumilikdə 950 sayda cərrahi əməliyyat nəzərdə tutulub. Xidmətlər zərfinə daxil olan cərrahi əməliyyatlarla bağlı məlumatı vətəndaş ailə həkimindən ala bilər”.