Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari tibbi sığortanın xidmətlər zərfinin hazırlanması üzrə işlər yekunlaşır

  • 2019.10.11 15:36
  • 2822 Baxış
İcbari tibbi sığortanın xidmətlər zərfinin hazırlanması üzrə işlər yekunlaşır
"Ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən zərfin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər artıq yekunlaşmaq üzrədir". 


Medicina.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib.


Məlumatda qeyd edilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.


Agentlikdən bildirilib ki, İcbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.