İcbari tibbi sığorta ilə bağlı yeni QƏRAR

  • 2020.11.20 13:15
  • 1911 Baxış
İcbari tibbi sığorta ilə bağlı yeni QƏRAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Medicina.az xəbər verir ki, Məcəlləyə yeni maddənin "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunub.

Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.