Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari tibbi sığorta üzrə ailə həkimi nə deməkdir?

  • 2022.01.18 16:13
  • 1661 Baxış
İcbari tibbi sığorta üzrə ailə həkimi nə deməkdir?

Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur. Bir sözlə, ailə həkimi ailəyə xidmət edir və o, ailənin etibarlı həkimi olur. Ailə həkiminin tibbin bütün sahələrindən xəbəri olmalıdır.

Medicina.az xəbər verir ki, ailə həkimi sağlamlıqla bağlı bütün problemlərin həllində iştirak edir, müəyyən müddətdən sonra ailənin bir üzvü kimi olur, həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalır. Çünki ailə həkimi ailədə olan vərdişlərdən, genetikada olan problemlərdən xəbərdar olduğundan vaxtında profilaktik tədbirlər görə bilir. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olur. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verir.

Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olur, bu isə insana hansısa bir müalicəni tətbiq etməyin düzgün olub-olmamasını müəyyən etmək imkanını verir. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olur. Bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edir.

Ailə həkimindən yüksəkixtisaslı peşəkar mütəxəssis olmaqla yanaşı, həm də pasiyentlərlə sadə dildə danışmağı bacarmaq, müayinə və müalicənin bütün mərhələləri haqqında dolğun məlumat vermək, xəstəni “eşitmək” istedadına sahib olmaq da tələb olunur. /aztibb.az/