Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari tibbi sığorta üçün maaşdan neçə faiz tutulacaq?– Hansı dərmanlar pulsuz olacaq

  • 2019.11.27 17:55
  • 49398 Baxış
İcbari tibbi sığorta üçün maaşdan neçə faiz tutulacaq? – Hansı  dərmanlar pulsuz olacaq
2020-ci il yanvarın 1-dən Azərbaycan üzrə pulsuz icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır. 34  gündən sonra respublikanın şimal rayonları üzrə icbari sığorta başlayır. 


Medicina.az xəbər verir ki,  Agentliyin  Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Şükür Eyvazov icbari tibbi sığorta üzrə ödəmələrin maaşlardan necə tutulacağı barədə real.tv-ə açıqlamasında açıqlama verib.



Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması təklif olunur.


 
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi təklif olunub.
 


Əgər vətəndaş xəstələnibsə, təcili təxirəsalınmaz tibbi xidmətə ehtiyacı varsa, burda limit ola bilməz. Hər hansı müayinə nəticəsində, Azərbaycan vətəndaşında hər hansı patologiya, xəstəlik aşkarlanıbsa və İcbari tibbi sığortaya daxil olan 3000 xidmət zərfində o xəstəlik, yardım varsa, o vətəndaş tam pulsuz olaraq, o müalicə və əməliyyat xidmətini görəcək.


2020-ci ildə xəstəxana daxilində tibbi təchizat, dərman, tibbi sərfiyyat hamısı pulsuzdur. Lakin ambulator xidmətdə, yəni xəstəyə yazılan reseptin dərmanları hələ ki, zərfə daxil edilməyib”.