Artıq bütün Azərbaycan üzrə icbari tibbi sığorta fəaliyyət göstərir. Yüzlərlə xəstə hətta sığorta xətti ilə əməliyyat edilib.
Amma elə vətəndaşlar var ki, hələ də həkim, analiz və müayinələrə pul xərcləyir. İcbari Tibbi Sığorta ilə bağlı nə edəcəyini bilmir.
İlk növbədə siz qeydiyyat və ya yaşayış yeri üzrə Ailə Sağlamlıq mərkəzini tapıb, şəxsiyyəti təsdiq edən sənədlə ora yaxınlaşmalısız. Bu bəzi ərazilərdə hələ də poliklika, xəstəxana, kənd tibbi məntəqə və s ola bilər. Ərazi üzrə 2500 nəfərə bir ailə həkimi baxır. Siz sistemdə öz ailə həkiminizin kimliyini öyrənirsiz.
Ailə həkimi keçmişdə Sovetlərdə və post sovet dönəmində fəaliyyət göstərən sahə pediatrları, sahə terapevtləri və mama ginekoloqlardır.
AMS-də bu həkimlər bir yerdə cəmləşdirilib. Vətəndaş evdən çıxdıqda bir neçə yerə yox, bir ünvana gedir. Özü xəstədirsə terapevt, uşağı xəstədirsə pediatr baxır.
Normativ üzrə 2500 nəfərə bir ailə həkimi təyin edilib. Amma elə ərazilər var ki, orda əhali sıxlığı azdır, 1700 nəfərə bir ailə həkimi düşür
Bəzi vətəndaşlar bildirir ki, illərdir müraciət etdikləri, etibar etdikləri digər terapevti istədikdə, yeni ailə həkimi istəmirsə, o zaman İcbari Tibbi Sığorta ailə həkimini vətəndaşın istəyilə dəyişib. Başqa həkim seçməsi üçün bir dəfə icazə verir.
Eləcə də qeydiyyata düşdükdən 1 il sonra vətəndaş hətta ilkin tibbi yardım göstərən Ailə Sağlamlıq mərkəzini, poliklinika, müəssisəni də dəyişə bilər.
İcbari Tibbi Sığorta üzrə sistemdə qeydiyyat üçün şəxsiyyət vəsiqəsi mütləqdir. Xarici pasport, vaxtı keçmiş sənəd, eləcə də sənədsiz qeydiyyat mümkün deyil.
Ailə həkiminin müayinəsi və təyin etdiyi digər analiz, müayinələr pulsuzdur. Həkimə heç bir ödəniş olunmur. Lakin həkim tərəfindən yazılan dərmanlar və müalicə vasitələrini İcbari tibbi sığorta qarşılamır, onları pasiyent özü aptekdən öz vəsaitinə almalıdır.
Qarın boşlugunda agrılar