2023-cü ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31%-i isə özəl tibb müəssisələrində icra edilib:
"Medicina" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. O
"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq;
ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı – 47%,
həzm sistemində aparılan əməliyyatların sayı – 14%,
sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı – 12 %
travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı – 9%,
tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı – 5% və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48%-ni təşkil edib.
TƏBİB-in tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31% təşkil edib. Onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı – 35%, gözdə aparılan əməliyyatlar – 28%, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları – 23%, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi – 6% olub".
AYgün Musayeva