Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari tibbi sığorta ilə bağlı yeniliklər açıqlanır - CANLI / VİDEO

  • 2021.02.04 11:23
  • 5568 Baxış
İcbari tibbi sığorta ilə bağlı yeniliklər açıqlanır -  CANLI / VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müavini Nigar Bayramova ilə birlikdə mətbuat konfransı keçirir. Onlar icbari tibbi sığorta ilə bağlı yenilikləri açıqlayırlar.

Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən, 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib. Bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib. Sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.

Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları.

"Medicina" canlı yayımı təqdim edir: