Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,4 milyon, evə yazılan xəstələrin sayı 23 min 888 nəfər təşkil edib.
Medicina.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub.
Hesabat dövründə cərrahi əməliyyatların sayı 10 min 060 təşkil edib. 2018-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 26% artım müşahidə olunub.
Bundan başqa, 2016-cı illə müqayisədə 2019-cu ildə tənəffüs sistemi xəstəliklərində 44%, həzm sistemi xəstəliklərində 31%, qan dövranı sistemi xəstəliklərində isə 65% artım müşahidə olunub.
Tibb müəssisələrinin 2019-cu ildə stasionar fəaliyyətinin 26%-ni hamiləlik, doğuş və zahılıq dövrü, 17%-ni tənəffüs sistemi xəstəlikləri, 22%-ni isə digər xəstəliklər təşkil edib