Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari sığorta ilə həkim və müayinələri neçə gün gözləməliyik?

  • 2025.02.19 15:49
  • 261 Baxış
İcbari sığorta ilə həkim və müayinələri neçə gün gözləməliyik?

Bir neçə aydır, həm bölgələrdə, həm paytaxtda icbari tibbi sığorta ilə müayinə olunmaq istəyənlər günlərlə həkimə düşə bilməməkdən, MRT və KT kimi müayinələrə isə 2-3 ay növbə olduğundan şikayət edirlər.


"Medicina" xəbər verir ki, sığortaolunanlara tibbi xidmətlər gözləmə müddəti ərzində göstərilir:

Həmin müddət bu qədərdir:

- İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq

- İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq

- Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq

- Təcili və təxirəsalınmaz hallarda, tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir.

Medicina.az