Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İbuprofen hər il minlərlə insanın ölümünə səbəb olur – Məşhur dərmanın mənfi fəsadının sirri

  • 2018.10.01 20:18
  • 17705 Baxış
İbuprofen hər il minlərlə insanın ölümünə səbəb olur –  Məşhur dərmanın mənfi fəsadının sirri
Son zamanların dəbdə olan preparatıİbuprofen təkcə ABŞ-da hər il minimum 10.000 insanın ölümünə səbəb olur. Bəs bu " dərmanın” belə mənfi təsir göstərməsinə səbəb nədir və belə fəsadları varsa niyə hələ də təyin olunur?


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il Britaniya tibb jurnalında dərc olunan materialda farmasevtik kompaniyaların istehsal etdikləri preparatın kliniki sınaqları barədə informasiyanı tam açıqlamaması və çox məqamları gizlətməsi qeyd olunmuşdu. 


Kokranovskiy birliyinin təsisçisi dr. Piter Getse qeyri-steroid iltihab əleyhinə preparatlar və antidepressantların araşdırılması istiqamətində çalışır. Onun diqqətində Tilenol, İbuprofen, diklofenak kimi dərmanlar da var. 


Daha bir VİOKS adlı preparat  5 ildə 100.000 pasiyentdə ürək-damar xəstəliyi yaratdığına görə satışdan yığışdırılıb. 

Doktor Getse hesab edir ki, qeydə alınan bu problemlər, ölüm faktları hələ aysberqin görünən tərəfidir. 


" Dərmanlara xüsusiyyət, ad seçmək farmakoloji sənayenin icadıdır. Onların nəhəng maddi maraqları var ki, məhz iltihab əleyhinə dərmanı kimi təqdim etsinlər. Onlar həkimləri müxtəlif kliniki tədqiqatlarla inandırıblar ki, bu və digər preparat xəstəliyin gedişatını azaldır, iltihabi prosesləri səngidir, oynaqların zədələnməsinin qarşısını alır”. 


Oqayo Universitetinin tədqiqatşıları çox istifadə olunan parasetamol ağrıkəsicisinin əvvəllər məlum olmayan əks təsirini aşkarlayıblar: dərman müsbət emosiyaları öldürür. 


Tədqiqatın iştirakçıları parasetamol qəbulundan sonra müsbət və xoş bir şeyə baxdıqda az emosiyalar hiss etdiklərini qeyd ediblər. Deməli, ağrıkəsicilərin psixoloji təsirləri üzə çıxır. 


" Parasetamolu sadəcə ağrıkəsici kimi markalamaqdansa, onu universal emosiya neytrallaşdırıcı kimi adlandırmaq daha düzgün olardı.  Parasetamolun müalicədə istifadəsi çox dərin təsirlər verir, hansı ki, əvvəllər bu barədə düşünülməmişdi- deyə tədqiqatın müəllifi Cefri Durso bildirib. 

Aspirin və ibuprofen kimi preparatların qəbulu ürək çatışmazlığı riski ilə bağlıdır. 


754 kliniki təcrübənin nəticəsi göstərir ki, qiymətləndirməyə görə daha çox ibuprofen hər il minlərlə insanın ürək-damar xəstəliklərindən ölməsində təsiredici faktor rolunu oynayıb. Bu dərmanın uzun müddət qəbulu 1999-2003-cü illərdə minlərlə pasiyentdə qəfil ürək tutmasından ölümə gətirib çıxarıb. 

Reyters agentliyinin məlumatına görə, yüksək dozada diklofenak və ibuprofen kimi preparatların uzun müddər qəbulu Vioks preparatı kimi ürək tutmaları riskini artırır. 


Bu dərmanlar xüsusən yaşlı insanlar üçün potensial təhlükədir, çünki yan təsirləri çoxdur. 


Təkcə ABŞ-da qeyri-steroid dərmanların təsirindən 100.000 insan hospitəlizə olunur, onlardan 15.000 nəfəri ölüb. 

Bu ağrı öldürənlər həm də 40-60% eşitməni zəiflədir, mədə-bağırsaq ağırlaşmaları verir, uşaq salma və allergik reaksiyalara səbəb olur. 

Ümumilikdə 60 milyon amerikalı bu tip ağrıkəsiciləri qəbul edir, onlardan ən məşhuru ibuprofendir. 


Bəs bu dərmanları nə ilə əvəz etməli?

 



Ağrı və iltihab sənaye şəhərlərində bədənin geniş yayılmış xəstəliyi və simptomudur. Çox hallarda qida rejimini, menyunu korrektə etməklə iltihabın əsas səbəblərini azalda bilərik. Həmçinin stress, kimyəvi maddələrin istifadəsi azaldılmalıdır. Amma bunlar uzun və çətin yol olduğundan, ağrısı olan həmən, o an ağrıdan qurtulmaq istəyir. Asan yol isə dərmandır. Biz ağrıkəsici qəbul etməklə ağrı ilə bərabər özümüzü də öldürmüş oluruq. 


Bu variantlar köməyinizə çata bilər:


İltihabi proseslərdə zəncəfil kapsulları qəbul edin. BU, qadınlarda menstrual ağrıları da azaldır. Gündə 2-3 dəfə qəbul edin. 


Astaksantin, ginko bloba və C vitamini kombinasiyası ibuprofendən daha yaxşıdır, astma, bronxit və tənəffüs orqanları iltihabında tətbiq edə bilərsiz. 

Jenşen – ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Dərmana analoq ola bilər. 


Reyhan və zeytun yağı – özündə iltihab əleyhinə birləşmələr daşıyır. 

İbuprofen hər il minlərlə insanın ölümünə səbəb olur –  Məşhur dərmanın mənfi fəsadının sirri