Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın koronavirus müalicəsinin başa çatdığını bildirib.
Medicina.az xəbər verir ki, Kalın bu barədə rəsmi tvitter hesabında məlumat paylaşıb.
Qeyd edək ki, beş gün əvvəl spiker koronavirusa yoluxduğunu və müalicənin son mərhələsinə çatdığını açıqlamışdı:
“Yüngül simptomlarla keçirdiyim koronavirus müalicəsinin son mərhələsinə gəldik. Hazırda yaxşıyam, şükürlər olsun!”.