İlbiz zəhəri xroniki ağrıları morfindən də yaxşı müalicə edir.
“Medicina” xəbər verir ki, adi ilbizlər xroniki ağrı ilə mübarizədə bəşəriyyətə kömək edə biləcəyi sübut olunub. Onların zəhərində olan zülal müalicəvi təsirə malikdir.
Yuta Universitetinin alimləri laboratoriya siçovulları üzərində Conus regius ilbizlərinin zəhərində olan zülaldan istifadə ediblər. Məlum olub ki, dərmanın təsiri üç gündən çox davam edir və uzun müddət fəaliyyət göstərən qeyri-narkotik analgetik təsiri verir.
İlbizin öz ovunu öldürmək üçün istifadə etdiyi zəhərin tərkibindəki Rg1A komponenti beyində müxtəlif siqnal yollarını aktivləşdirir. Opioid ağrıkəsicilərdən fərqli olaraq, komponent sinir sisteminin fəaliyyətini gücləndirir və onu ilkin olaraq xroniki ağrılara qarşı daha davamlı edir.
Tədqiqatın müəlliflərinin sözlərinə görə, bu vasitə ilə xroniki ağrıların qarşısını almaq olar.
İnsanların 80%-u həyatında bu və ya digər müddətdə xroniki ağrılarla üzləşir. İlbiz zəhəri bu ağrıların müalicəsində effektiv yol ola bilər.
Günay Quluzadə