Adətən yaşıl kələm istifadə etdiyimiz üçün qırmızı kələmin faydalarından çoxumuz xəbərsizik.
Qırmızı kələm tam bir vitamin kompleksidir. Kələm A, B, E, C və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də olduqca zəngindir. Həmçinin, qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar. Qırmızı kələmin şirəsi daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır.
ABŞ-ın "Healthline" şirkəti elmi məlumatlara əsasən qırmızı kələmin faydalarını tərtib etdi.
Medicina.az xəbər həmin faydaları təqdim edir:
- Antioksidan kimi güclü komponentləri olan qırmızı kələm hüceyrələrin zədələnməsindən qorunmanı təmin edir.
-Bağırsaq iltihabı kimi bir çox iltihabların qarşısını alır. Bağırsaq qurdlarını məhv edir.
-Ürək sağlamlığını dəstəkləyir
-Sümüklərin möhkəmlənməsinə də kömək edir
-Bu tərəvəzin bəzi xərçəng növləri ilə mübarizədə təsirli olduğunu göstərir
-Diş ətini möhkəmləndirir
-Bədəndə zəhərli maddələri yox edir
-Qan azlığını aradan qaldırır
-Bədəndə olan çatlaqları aradan qaldırır
-Qanda şəkəri nizamlayır
-İmmun sistemini gücləndirir
Gündəlik qida rasionunuzda bu tərəvəzdən istifadə edərək həm dadlı yeməklər bişirə, həm də sağlamlığınızın qeydinə qala bilərsiniz.